BAKI, 8 iyul. TELEQRAF

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən İsa Cəbiyev saxlanılıb.

Teleqraf xəbər verir ki, ondan 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həyata keçirilən digər tədbir zamanı saxlanılan əvvəllər məhkum olunmuş Eyvaz Musayevdən isə 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron, həmçinin narkotik vasitə heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Saxlanılan hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.