GƏNCƏ, 8 iyul, TELEQRAF

07.07.2026-cı il tarixində saat 12:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsində vətəndaş təyin olunan limitdən artıq narkotik tərkibli dərman istəməsi səbəbindən nevroloqla mübahisə edib və şöbədə yanğın törətməyə cəhd edib.

Teleqraf Qərb bürosu xəbər verir ki, bu barədə TƏBİB məlumat yayaıb.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb. Əraziyə hüquq-mühafizə orqanları cəlb edilib, araşdırma aparılır.

*****

18:56 / 7 iyul

Gəncədə poliklinikada insident baş verib, vətəndaş tibb müəssisəsini yandırmağa çalışıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə iyulun 7-də, saat 12:50-də Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Məlumata görə vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətmək istəyib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxsin Vətən müharibəsinin iştirakçısı, qazi olduğu bildirilir.