GƏNCƏ, 7 iyul. TELEQRAF
Gəncə şəhərində 17 yaşlı yeniyetmə bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayonunun Nəcəfalı kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Yolçuyev çənə nahiyəsindən bıçaq zərbəsi alıb.
Yaralı gənc dərhal xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.