CULFA, 7 iyul. TELEQRAF
Culfada avtomobil 65 yaşlı kişini vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Əbrəqunus – Güznüt avtomobil yolunda baş verib.
Belə ki, Culfa rayonu Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Xudaverdiyev Yusif Şakir oğlu idarə etdiyi 72-BB-375 dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobillə Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Hüseynov Muxtar Ağabala oğlunu vurub. Zərərçəkən hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.