BAKI, 5 iyul. TELEQRAF
Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qəza hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, “VAZ 2106” avtomobil digər minik maşını ilə toqquşub.
Hadisə nəticəsində “VAZ" avtomobilində olan Qədimqala kənd sakini Eldəniz Mətiyev ölüb.
Həmçinin 1981-ci il təvəllüdlü Hüseynov Elnur, 2002-ci il təvəllüdlü Ceyhun Salmanov və 1968-ci il təvəllüdlü Həqiqət Gözəlova yaralanıb.
Faktla bağlı araşdırma aparılır.