BAKI, 22 fevral. TELEQRAF

Moskva vilayətinin Voskresensk şəhərində fərdi evdə baş verən yanğın nəticəsində dördü uşaq olmaqla beş nəfər ölüb.

Teleqraf xəbər verir ki, ilkin məlumata görə, yanğın elektrik naqillərindəki qısa qapanmadan baş verib.

Yanğın söndürüldükdən sonra 3-6 yaş arası dörd uşaq və onların 62 yaşlı nənəsinin cəsədləri aşkar edilib. Evdə olan 14 yaşlı oğlan qaçmağı bacarıb.

Fakt üzrə cinayət işi açılıb.