GƏNCƏ, 21 fevral. TELEQRAF
Gəncədə "KİA" markalı avtomobillə "Mitsubishi" markalı maşınlar toqquşub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunun Gəncə şəhərindən keçən istiqamətində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 5 nəfər xəsarət alıb.
Qəza zamanı Sərxan Hüseynov (1987), Rəna Abdilova (1960), Mehriban İsgəndərova (1986), Vəlisə Orucova (1971), Elmuraz Zeynalov (2001) xəsarət alıblar.
Yaralıların müalicəsi yerləşdirildikləri Gəncə şəhər xəstəxanalarından birində davam etdirilir.
Qəza yerində Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.