BAKI, 21 fevral. TELEQRAF
CƏLİLABAD, 21 fevral. TELEQRAF
Cəlilabad rayonunun Buravar kəndində iki mərtəbəli yaşayış evi yanıb.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, kənd sakini Abdullayev Amil Əliağa oğluna məxsus iki mərtəbəli evdə başlayan yanğın qısa müddətdə bütün otaqlara yayılıb.
Hadisə yerinə canlı qüvvə və texnika cəlb olunub.
Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ev tamamilə yanaraq yararsız hala düşüb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yaranıb.
Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşıgilə qonaq getdiyi üçün xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.