BAKI, 20 fevral. TELEQRAF

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.