BAKI, 19 fevral. TELEQRAF
Şəkinin Qozlubulaq kəndində dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində ümumilikdə 55 hektar ərazidə quru ot, kol-kos yanıb.
Yanğının söndürülməsində Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti ilə birlikdə və Şəki Rayon-Şəhər Polis şöbəsinin əməkdaşları da iştirak edib.
Yanğın zamanı xəsarət alan olmayıb.
***
21:40
Şəkinin Qozlubulaq kəndində dağlıq ərazidə yanğın baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğın bu gün axşam saatlarında başlayıb və təxminən 10 hektar ərazini əhatə edir.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Hava küləkli olduğu üçün yanğın sürətlə genişlənir və söndürülməsi çətinləşib.