SUMQAYIT, 19 fevral. TELEQRAF
Sumqayıt şəhərində 63 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin Corat bağları massivində, Elvin Zakirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində 1963-cü il təvəllüdlü Vaqif Vəlehovun cansız bədəni yaşadığı evdə qonşular tərəfindən aşkarlanıb.
İlkin ehtimallara əsasən, o bir neçə gün əvvəl vəfat edib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və müvafiq araşdırmalara başlanılıb.
Fakt üzrə təhqiqat aparılır, ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.