BAKI, 19 fevral. TELEQRAF

“Bayaqdan telefonlar dayanmır, bütün dost-tanışlar narahat olub”.

Teleqraf xəbər verir ki, ölüm xəbəri yayılan Orxan Lökbatanlı məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, bu cür məlumatların yayılması yolverilməzdir: “Bir gün onsuz da hamımız öləcəyik. Ölümü hər gün xatırlamaq lazımdır. Amma bu cür yalan məlumatın yayılması qəbuledilməzdir. Çox danışa bilmirəm, əməliyyatım da uğurla başa çatıb, hər şey qaydasındadır”.