BAKI, 17 fevral. TELEQRAF
İspaniyanın Barselona əyalətinin Manlleu bələdiyyəsində baş verən yanğında beş yeniyetmə ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "RTVE" nəşri məlumat yayıb.
Məlumata görə, yanğın beşmərtəbəli yaşayış binasının damındakı anbarda başlayıb. Yeniyetmələr bu sahəni görüş yeri kimi istifadə ediblər. Həlak olanlar 14–18 yaş arası şəxslərdir.
Məlumata qeyd edilib ki, iki qız xilas ola bilib.
Manlleu bələdiyyəsi faciə ilə bağlı üç günlük matəm elan edib.