BAKI, 17 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.