Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 29 yaşlı Orxan Niftullayev şübhəli şəxs qismində saxlanılıb.
Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.