BAKI, 17 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onsəkkizmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2020-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.