BAKI, 17 fevral. TELEQRAF

Bakıda “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini su kanalına aşırıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib.

Sürücü yaxınlıqdan keçən şəxsin köməyi ilə sudan çıxarılıb. Bildirilir ki, o, ciddi xəsarət almayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.