SUMQAYIT, 11 fevral. TELEQRAF

Bakı istiqamətindən Sumqayıta doğru hərəkət edən sürətli qatar Novxanı ərazisində piyadanı vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində təxminən 50 yaşlarında kişi aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Qəza baş verdikdən sonra qatarın hərəkəti dayandırılıb, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

ADY-dən Teleqraf-a bildirilib ki, 11 fevral tarixində saat 19:07-də ADY-yə məxsus qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qeyd edək ki, hadisə nəticəsində təxminən 50 yaşlarında kişi aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.