BAKI, 11 fevral. TELEQRAF
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Seyidzadə, Zamin Məmmədov, Qoşqar Əliyev, Bəxtiyar İsmayılzadə, Natiq Şahmurov, Ələddin Novruzəliyev və Üzeyir Novruzzadə saxlanılıblar.
Teleqraf-ın xəbərinə görə, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Araşdırmalar aparılır.