BAKI, 11 fevral. TELEQRAF
Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərlə bağlı bir sıra əməliyyatlar keçirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 10-da ümumi çəkisi 62 kiloqrama yaxın narkotik vasitə və 3902 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.