BAKI, 10 fevral. TELEQRAF
Çinin şərqində yerləşən Şandun əyalətində qızıl mədənində baş verən qəza nəticəsində azı yeddi nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Penpay” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Çjaoyuan şəhər dairəsində yerləşən Tsançjuan qızıl mədənində baş verib. Şaquli şaxtada yükqaldıran qəfəsin aşması nəticəsində faciə qeydə alınıb.
Bildirilir ki, fevralın 7-də baş vermiş qəzanın səbəblərinin araşdırılmasına başlanılıb. Eyni zamanda, mədəni istismar edən şirkət barəsində də hadisə ilə bağlı məlumatı gizlətməyə cəhd göstərməsi səbəbindən ayrıca araşdırma aparılır.