BAKI, 9 fevral. TELEQRAF

Azərbaycanda dələduzluq ittihamı ilə axtarışda olan 23 nəfər saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının fevralın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq istintaqa təhvil verilib.