KƏLBƏCƏR, 9 fevral. TELEQRAF
Kəlbəcər rayonunda yanğın hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, yanğın rayonun Zar kəndində qeydə alınıb.
Kənd ərazisində tikintidə çalışan usta və fəhlələrin qaldığı kamp yanaraq tamamilə külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.