AĞCABƏDİ, 8 fevral. TELEQRAF
Ağcabədi rayonunun Poladlı kəndi ərazisində baş vermiş qəza ilə bağlı Rayon Mərkəzi Xəstəxanasının və Bərdə Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Xəstəxanadan Teleqraf-ın Qarabağ bürosuna bildirilib ki, 8 fevral 2026-cı il tarixində saat 19:40 radələrində Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1 kişi, 1 qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır.

***
2026.02.08, 22:24
Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, "BMW" və "VAZ"2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində iki nəfər — 1982-ci il təvəllüdlü Hüseynova Pərvanə İlyas qızı və 1975-ci il təvəllüdlü Nərimanov Mehman Qulam oğlu — xəsarət alıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.