QUBA, 8 fevral. TELEQRAF
Qubada qidadan zəhərlənən 8 nəfərin vəziyyəti açıqlanıb.
Bu barədə Teleqraf-a Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"08.02.2026-cı il tarixində saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs), Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib", - xəstəxanadan bildirilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.
***
20:00
Quba rayonunda səkkiz nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın məlumatına görə, hadisə rayonun Xucbala kəndində keçirilən qonaqlıq zamanı baş verib.
1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-cı il təvəllüdlü A. Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il təvəllüdlü N. Şabutova, 2010-cu il təvəllüdlü D. Şabutov, 1978-ci il təvəllüdlü D. Məmmədova və azyaşlı G. Şabutova Qidadan zəhərlənmə əlamətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onların məclisdə qəbul etdikləri qida məhsullarından zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.