BAKI, 7 fevral. TELEQRAF

İtaliyanın şimalında qatar qəzaları baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya dövlət dəmir yolu şirkətinin açıqlama verib.

Qəzalar həm yüksək sürətli şəhərlərarası, həm də regional qatarlarda gecikmələrə səbəb olub .

İlk hadisə səhər saatlarında Kastel Maqjore yaxınlığında baş verib, burada elektrik xətləri zədələnib. Daha sonra Bolonya ilə Padua arasındakı dəmir yolu relslərində partlayıcı qurğu aşkar edilib və Pesaro stansiyasında elektrik panelində yanğın baş verib.

Hakimiyyət orqanları araşdırmaya başlayıb.

Ehtimal edilir ki, Qış Olimpiya Oyunlarının açılışı ilə eyni vaxta təsadüf edən qəzalar qəsdən törədilib.

Müvafiq qurumlar araşdırma aparırlar.