BAKI, 7 fevral. TELEQRAF
Bakıda "İdrak" liseyində müəllimini güllələməkdə təqsirli bilinən şagird 4 ay müddətə həbs olunub.
Teleqraf xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.
Şagirdə Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, ötən gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Güllə müəllimin boyun nahiyəsinə dəyib. Əməliyyatdan uğurla çıxan Şəhla Kamilova bu gün palataya köçürülüb.