BAKI, 4 fevral. TELEQRAF

Türkiyədə həyata keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs edilən sədri Əkrəm İmamoğlunun qaynı saxlanılıb.

Teleqraf xəbər verir ki, Ə.İmamoğlunun qaynı Ali Kaya daxil olmaqla 19 nəfər məsuliyyətə cəlb edilib.

Məhkəmə Tibbi Ekspertiza İnstitutunda 6 şəxsdən götürülən qan, saç, sidik və dırnaq nümunələrində isə narkotik maddə aşkarlanıb.