BAKI, 4 fevral. TELEQRAF
Bakının Nərimanov rayonu ərazisində F-1 əl qumbarası tapılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülüb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.