BAKI, 4 fevral. TELEQRAF
Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin qardaşı Nadir Abıyev vəfat edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Onu da əlavə edək ki, bir neçə gün öncə Nadir Abıyevin vəfat xəbəri yayılsa da, Əhəd Abıyev məlumatı təkzib edərək qərdaşının vəziyyətinin ağır olduğunu bildirmişdi.