BAKI, 4 fevral. TELEQRAF

Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.

Bu barədə Teleqraf-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”, - qeyd edilib.

***

GƏNCƏ, 3 fevral

22:56

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 19 yaşlı Abidinov Vasif Elnur oğlundan bir neçə gündür xəbər yoxdur.

Məlumat üçün bildirək ki, Vasif Abdinov 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınlarına qonaq gedib.

Hazırda onun axtarışları davam edir.