BAKI, 25 yanvar. TELEQRAF
Qaziantepin Nurdağı rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf "TRTHaber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Nurdağı rayonu olub və dərinliyi 7,82 kilometr təşkil edib.