GƏNCƏ, 12 yanvar. TELEQRAF

Gəncədə iki piyadanı maşın vurub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1993-cü il təvəllüdlü Mehman Abbasquliyev və 1962-ci il təvəllüdlü Eldəniz Həsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.