SUMQAYIT, 11 yanvar. TELEQRAF

Sumqayıtda şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, sərnişin daşıyan 5 nömrəli marşrut avtobusu “Mercedes” markalı minik maşını ilə toqquşub.

Qəza Üzeyir Hacıbəyov küçəsi ərazisində baş verib.

Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin araşdırmalar aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.