BAKI, 9 yanvar. TELEQRAF

Azərbaycanda dələduzluq edən şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının yanvarın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.