BAKI, 9 yanvar. TELEQRAF

Ötən gün polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 57 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 8-də ümumi çəkisi 57 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.