BAKI, 9 yanvar. TELEQRAF

Bakıda gecə saatlarında sürət yarışı keçirən sürücülər məsuliyyətə cəlb edilib.

Teleqraf xəbər verir ki, hadisə dekabrın 8-də gecə saat 01:00 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.

“Ford Mustang” markalı, 77-QZ-607 dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMW 525” markalı, 10-DL-788 dövlət qeydiyyat nişanlı minik avtomobili arasında sürət yarışı keçirildiyi müəyyən olunub.

Sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə “Ford Mustang” avtomobilinin sürücüsü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat məbləğində cərimə olunub. “BMW 525” markalı avtomobilin sürücüsü də qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib.