BAKI, 9 yanvar. TELEQRAF

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində, Qələbə meydanı istiqamətində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2008-ci il təvəllüdlü motosiklet sürücüsü Əhmədli Asiman İlkin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.