BAKI, 6 yanvar. TELEQRAF
Bakının Bakıxanov qəsəbəsi ərazisində ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədən şəxs inzibati qaydada cərimələnib.
Teleqraf-ın məlumatına görə, 1999-cu il təvəllüdlü E.Məmmədov (şərti) telefonla danışarkən qeyri-etik ifadələr işlədərək xırda xuliqanlığa yol verib.
Sabunçu rayonu ərazisində xidmət aparan polis əməkdaşları tərəfindən həmin şəxs barədə protokol tərtib edilib.
Barəsində protokol tərtib edilmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə zamanı ona borclu olan tanışı ilə telefon danışığı aparıb, həmin vaxt emosional vəziyyətdə olduğundan telefon vasitəsilə nalayiq ifadələr işlədib.
Məhkəmənin qərarına əsasən, E.Məmmədov 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, E.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.