CƏLİLABAD. 5 yanvar. TELEQRAF
Cəlilabad rayonunda faciəli hadisə baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı rayonun Üçtəpə kəndində yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Meyit müayinə olunması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.