BAKI, 5 yanvar. TELEQRAF
Astara rayonunun Siyaku kəndində ümumi sahəsi 330 m² (hər mərtəbəsi 165 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.