BAKI, 5 yanvar. TELEQRAF

Quba rayonunun İkinci Nügədi kəndində hotel ərazisində ümumi sahəsi 120 m² olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Quba şəhərində zavod ərazisində yerləşən, ümumi sahəsi 3240 m² olan anbarın daxilində taxta arakəsmə 20 m² sahədə, sahəsi 12 m² olan otaqda taxta rəflər və üzərində yığılan boya 2 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.