BAKI, 5 yanvar. TELEQRAF

Göygöl şəhərində uşaq bağçasının ərazisində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 20 m² olan qazanxananın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.