CƏLİLABAD, 5 yanvar. TELEQRAF
Cəlilabadda evdə meyit aşkarlanıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.
Məlumata görə, Cəlilabad rayonunun Təklə kənd ərazi vahidliyinin icra nümayəndəsinin müavini Ziya Muradovun yaşadığı ünvanda meyiti tapılıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Ziya Muradovun ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.