BAKI, 5 yanvar. TELEQRAF

Sumqayıtda iki azyaşlı dəm qazından zəhərlənib.

Teleqraf-ın məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Kərimli Hüseyn Emin oğlu və 2013-cü il təvəllüdlü Kərimli Aliyə Emin qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Azyaşlılar Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir. Vəziyyətləri ilə bağlı əlavə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.