BAKI, 13 dekabr. TELEQRAF

Ötən il narkotik ittihamı ilə həbs edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.

E.Kərimlinin özünə qəsd etdiyi bildirilir.

Ədliyyə Nazirliyi Elbəyi Kərimlinin ölümünü təsdiqləyib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Elbəyi Kərimli 2024-cu ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilib.