BAKI, 12 dekabr. TELEQRAF

Naxçıvanın Babək rayonunun Kültəpə kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Teleqraf xəbər verir ki, ilkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.

Mərkəzdən bildirilib ki, zəhərlənənlərin hamısı qadın olub. Xəstələrə ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti stabil olduqdan sonra evə buraxılıblar.