GƏNCƏ, 12 dekabr. TELEQRAF

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sürücülər – 1976-cı il təvəllüdlü Maarif İsayev və 1999-cu il təvəllüdlü Novruz Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.