BAKI, 12 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Nazirllikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

***

02:00

BAKI, 12 dekabr. TELEQRAF

Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

"Azəriqaz" İB-nin əməkdaşları müvəqqəti olaraq qəza baş verən küçədə yaşayış binalarına təbii qazın verilişini dayandırıb.

01:20

Paytaxtın Bəkir Çobanzadə küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, “Porsche” markalı avtomobili idarə edən ayıq sürücü idarəetməni itirərək qarşı yola çıxıb. Bu zaman qarşı istiqamətdən gələn “Volkswagen” markalı avtomobil onunla toqquşub. Zərbənin gücündən “Porsche” qaz borusuna çırpılaraq aşıb.

Nəticədə boruda alovlanma qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.