GƏNCƏ, 11 dekabr. TELEQRAF

Gəncədə qadın yaşadığı binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova yaşadığı evin ikinci mərtəbəsində paltar asarkən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.